Əsas Səhifə > Hadisə > Maşından 2 kq-dan artıq heroin götürüldü

Maşından 2 kq-dan artıq heroin götürüldü


6-03-2020, 20:09
Maşından 2 kq-dan artıq heroin götürüldü


Külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Rubrika.Az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əasasında Salyan rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Babayevin idarə etdiyi “Mitsubshi” markalı avtomobilin salonundan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Sürücü və sərnişini, Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş V.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar.


Rubrika.Az
Geri qayıt