Əsas Səhifə > Müsahibə > Ali Məhkəmənin sədri Tahir Kərimlinin qərarlarının “üstündən xətt çəkdi”
Ali Məhkəmənin sədri Tahir Kərimlinin qərarlarının “üstündən xətt çəkdi”9-03-2020, 13:32 |
|
Ali Məhkəmənin Plenumunun bəzi qərarları qüvvədən düşüb. Rubrika.Az-ın məlumatına görə, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev qərar imzalayıb. Belə ki, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli, “Əmək müqaviləsinin bağlanmasının dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 3 may 1993-cü il tarixli qərarlar qüvvədən düşüb. Qeyd edək ki, hər iki qərar Ali Məhkəmənin həmin tarixlərdə sədri işləmiş Tahir Kərimli tərəfindən verilib. Tahir Kərimli 1992-ci ilin 2 iyulundan 1993-cü ilin 29 iyuluna qədər Ali Məhkəməyə sədrlik edib. Qeyd edək ki, Tahir Kərimli Milli Məclisin beşinci və altıncı çağırış deputatıdır. (oxu.az) Rubrika.Az Geri qayıt |