Əsas Səhifə > Cəmiyyət > Tozlu hava şəraiti martın 11-dək davam edəcək
Tozlu hava şəraiti martın 11-dək davam edəcək9-03-2020, 16:17 |
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərinin nəticələrinə görə havada toz-duman müşahidə edilir. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur. Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir. Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb, arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır. Rubrika.az Geri qayıt |