Əsas Səhifə > Dünya > Ermənilər Moskvada Azərbaycana qarşı növbəti təxribata hazırlaşır
Ermənilər Moskvada Azərbaycana qarşı növbəti təxribata hazırlaşır9-03-2020, 16:47 |
![]() Ermənilər Rusiyada Azərbaycana qarşı növbəti dəfə təxribata hazırlaşırlar. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatı planlaşdırılır. Martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz "müstəqilliyi" və "azadlığı" uğrunda mübarizə aparmasından bəhs edilir. Qeyd edək ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb. Rubrika.Az Geri qayıt |