Əsas Səhifə > Dünya > İranda daha bir vəzifəli şəxs virusa yoluxdu

İranda daha bir vəzifəli şəxs virusa yoluxdu


9-03-2020, 18:06
İranda daha bir vəzifəli şəxs virusa yoluxdu


İranın fövqəladə hallar təşkilatının başçısı İsmayıl Nacar koronavirusa yoluxub.

Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Əli Bəxtiyari bildirib.

“Ötən həftə İsmayıl Nacar qrip simptomu ilə tibbi mərkəzə müraciət edib. O, 4 testdən keçib. Analiz nəticəsində onun COVİD-19 virusunun daşıyıcısı olduğu məlum olub”, - Ə.Bəxtiyari bildirib.

Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb.


Rubrika.Az
Geri qayıt