Əsas Səhifə > Cəmiyyət > Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat


9-03-2020, 18:21
Vilayət Eyvazovdan yeni təyinat


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə yeni təyinat olub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, polis polkovnik leytenantı Tural Salahlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Tural Salahlı bu vəzifəyə qədər Səbail rayon Dövlət Yol Polisi Şöbəsində çalışıb.

Qeyd edək ki, Tural Salahlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlının (Aran) oğludur.



Rubrika.Az
Geri qayıt