Əsas Səhifə > Cəmiyyət > 8 mart günü “Sabina”dan dodaq boyası oğurlayan qadın döyüldü

8 mart günü “Sabina”dan dodaq boyası oğurlayan qadın döyüldü


9-03-2020, 18:34
8 mart günü “Sabina”dan dodaq boyası oğurlayan qadın döyüldü



Bakıda mağazadan oğurluğa cəhd olub.

Rubrika.Az-ın musavat.com-a istinadən xəbərinə görə, hadisə martın 8-də (Beynəlxalq Qadınlar Günü) “Sabina” parfümeriya mağazalar şəbəkəsinin Nizami küçəsində yerləşən mağazasında qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü V.Plotnikova 31 manat dəyərində dodaq boyası oğurlamaq istəyib. Bu zaman qadın mağazanın işçiləri tərəfindən yaxlanıb və aiddiyatı üzrə polis bölməsinə təhvil verilib.

Daha sonra V.Plotnikova polis bölməsində bildirib ki, mağzanın satıcısı Xəyalə adlı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt