Əsas Səhifə > Hadisə > Bakıda oğurluq edən şəxs saxlanılıb
Bakıda oğurluq edən şəxs saxlanılıb9-03-2020, 19:12 |
|
Yasamal rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Yoldaşov saxlanılıb. Rubrika.Az Femida.Az-a istinad edərək bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal RPİ 26-cı PB və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 15-də Yasamal rayonu ərazisindəki evlərin birindən 180 manat pul, 3000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Yoldaşov saxlanılıb. Rubrika.Az Geri qayıt |