Əsas Səhifə > Dünya > Aktyor Maks fon Südov vəfat edib

Aktyor Maks fon Südov vəfat edib


9-03-2020, 20:03
Aktyor Maks fon Südov vəfat edib


İsveç aktyoru Maks fon Südov 90 yaşında vəfat edib.

Rubrika.Az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, aktyor Fransada dünyasını dəyişib.

Maks fon Südov İnqmar Berqmanın filmlərinə çəkiləndən sonra dünya şöhrəti qazanıb.

O, Bermanın “Yeddinci möhür” filmində cəngavər rolunu canlandırmaqla yanaşı “Çiyələk talası”, “Sifət”, “Canavar vaxtı” kimi ekran işlərində çəkilib.

Bundan başqa, aktyor “Taxt-tac oyunları” serialında lord Brindeni canlandırıb.


Rubrika.Az
Geri qayıt