Əsas Səhifə > Hadisə > Şəmkirdə piyadanı avtomobil vurub

Şəmkirdə piyadanı avtomobil vurub


9-03-2020, 20:43
Şəmkirdə piyadanı avtomobil vurub


Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Rubrika.Az-ın xəbərinə görə, hadisə Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Yolu keçmək istəyən Ülvi Kamranlını avtomobil vurub. Yaralı dərhal xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt