Əsas Səhifə > Dünya > Çində hotelin uçması nəticəsində ölənlərin sayı artıb - FOTO
Çində hotelin uçması nəticəsində ölənlərin sayı artıb - FOTO10-03-2020, 09:36 |
|
Çinin Futszyan əyalətində “Xinjia Express” hotelinin çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb. Rubrika.Az-ın “Report”a istinadən məlumatlna görə, bu barədə axtarış-xilasetmə əməliyyatının təşkili üzrə işçi qruplara istinadən “People's Daily” nəşri bildirib. Məlumata görə, xilasedicilər binanın dağıntıları altından itkin düşmüş 59 nəfəri tapa və çıxara biliblər. Qeyd edilir ki, onlardan 16-ı ölmüş vəziyyətdə aşkarlanıb. Daha 2 yaralı isə sonra xəstəxanada ölüb. Məlum olub, hazırda dağıntılar altında daha 12 nəfər qalıb. Daha əvvəl bildirilib ki, Çinin Liçen rayonunda “Xinjia Express” hoteli çöküb. Yerli hakimiyyətin məlumatına görə, dağıntı zamanı binada təxminən 70 nəfər olub. Bina koronavirusa yoluxanlarla təmasda olmuş şəxslər üçün karantin məqsədilə istifadə olunub. Rubrika.Az Geri qayıt |