Əsas Səhifə > Dünya > İranın ali rəhbərinin ənənəvi bayram çıxışı koronavirusa görə təxirə salındı
İranın ali rəhbərinin ənənəvi bayram çıxışı koronavirusa görə təxirə salındı10-03-2020, 10:37 |
|
İranın ali rəhbəri Seyid Əli Xameneinin ənənəvi Novruz çıxışı koronavirus epidemiyası ilə əlaqədar təxirə salınıb. Rubrika.az “Mehr”ə istinadən xəbər verir ki, hər il martın 21-i Məşhəd şəhərində təşkil edilən çıxış təxirə salınmaqla yanaşı, vətəndaşlardan bayramla əlaqədar o şəhərə səfər etməmələri tövsiyə olunub. İranda koronavirusdan ölənlərin sayı 237 nəfərdir. İndiyədək yoluxanların sayı isə 7 000-i ötüb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 430-a çatıb. Bunların 64 093 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Rubrika.az Geri qayıt |