Əsas Səhifə > Hadisə > Beynəlxalq Cüdo Federasiyası aprelin 30-dək bütün yarışları ləğv etdi
Beynəlxalq Cüdo Federasiyası aprelin 30-dək bütün yarışları ləğv etdi10-03-2020, 12:49 |
|
Olimpiadaya lisenziya xalı verən cüdo üzrə üç beynəlxalq turnir ləğv olunub. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsi verib. Qurum aprelin 30-dək nəzərdə tutulmuş bütün yarışları ləğv edib. Bunlar Rusiyanın Yekaterinburq şəhərindəki “Böyük Dəbilqə” (13-15 mart), Gürcüstanın paytaxtı Tbilisidə (27-29 mart), Türkiyənin Antalya şəhərindəki Qran-Pri (3-5 aprel) və digər kontinental turnirlərdir. Həmin yarışlar koronavirus səbəbindən ləğv olunub. Qeyd edək ki, daha əvvəl cüdoda 6-8 mart tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilməsi nəzərdə tutulmuş Qran-Pri ləğv olunmuşdu. Bütün bu yarışlarda Azərbaycan idmançıları da yarışmalı idi. Rubriaka.Az Geri qayıt |