Əsas Səhifə > Siyasət > Adil Əliyev Milli Məclisin vitse-spikeri seçildi
Adil Əliyev Milli Məclisin vitse-spikeri seçildi10-03-2020, 13:40 |
|
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası işini davam etdirir. Rubrika.az virtualaz.org-a istinadla bildirir ki, iclasda I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib. Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçiliblər. Qeyd edək ki, Adil Əliyev 2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib. 1995-ci ildən Milli Məclisin deputadıdır. 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. Adil Əliyev Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin qardaşıdır. Rubrika.Az Geri qayıt |