Əsas Səhifə > Siyasət > “Bu təxribatın arxasında Moskvadakı erməni lobbisi dayanır”
“Bu təxribatın arxasında Moskvadakı erməni lobbisi dayanır”10-03-2020, 17:29 |
|
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Moskvaya rəsmi səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin onu 1 dəqiqə 55 saniyə gözlətməsi səs-küysüz ötüşməyib. Sözügedən görüntülərin Rusiyanın dövlət kanalı olan “Rossiya-1”də yayımlanması Türkiyədə narazılığa səbəb olub. Rusiya prezidentinin bu addımı müxtəlif kontekstlərdən təhlil olunmaqdadır. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Yenisabah.az-a açıqlamasında Rusiya KİV-lərinin Putinin Ərdoğanı gözlətdiyi səhnəni tapşırıq əsasında yaydıqlarını bildirib: “Rusiya təbliğat maşını həmişə iş başındadır. Bu da Kremlin növbəti təxribatlarından biri idi. Bu, Türkiyə prezidentini aşağılamaq məqsədi ilə edilmiş hərəkətdir. Əksinə, Ərdoğan demişdi ki, Putin onu maşınına qədər yola salıb. Belə hallar tez-tez olur. Sadəcə, bu görüntüləri qəsdən yaydılar. Rusiya kanalları bunu özbaşına edə bilməzdi. Bu təxribatın arxasında Moskvadakı erməni lobbisi dayanır. Çünki erməni lobbisi Rusiya KİV-lərinə kifayət qədər təsir edə bilir. Bu hərəkətin adı tərbiyəsizlikdir. Ora kamera qoymaq, saniyələri hesablamaq, televiziyada yaymaq şübhəli məqamdır. Eynisini Ərdoğan da edə bilər. Eyni şey təkrarlansa, Rusiya nə edəcək? Təsəvvür edin, otaqlara kameralar qoyulsa, Ərdoğan Putini 5 dəqiqə gözlətsə, bunu da Türkiyə kanalları göstərsə, bundan kim xeyir götürəcək? Ümumiyyətlə, Rusiya kanallarında Türkiyə haqqında aşağılayıcı fikirlər səsləndirilir. Bu da eyni siyasətin tərkib hissəsidir”. Rubrika.Az Geri qayıt |