Əsas Səhifə > Bölgə > Astara sakinlərindən 3 kq-dan çox heroin götürüldü
Astara sakinlərindən 3 kq-dan çox heroin götürüldü10-03-2020, 18:25 |
|
Astara sakinlərindən 3 kiloqramdan çox heroin götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Astara şəhər sakinləri K.Hüseynov və E.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı K.Hüseynovdan 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |