Əsas Səhifə > İstisadiyyat > Yük qatarlarında dezinfeksiya işləri görülür

Yük qatarlarında dezinfeksiya işləri görülür


10-03-2020, 19:10
Yük qatarlarında dezinfeksiya işləri görülür


Koronavirusla bağlı “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, sərhəd-keçid məntəqələrində sərnişin stansiyaları ilə yanaşı, yük qatarlarında da dezinfeksiya işləri aparılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları İrandan ölkə ərazisinə daxil olan yük qatarlarında müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Koronavirusla mübarizə tədbirləri Yalama və Böyük Kəsik sərhəd keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə aparılır. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir.

Xatırladaq ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmir Yolu Vağzalının “qaynar xətt”i fəaliyyət göstərir: (+994 12) 499-61-11


Rubrika.Az
Geri qayıt