Əsas Səhifə > Cəmiyyət > İndiyədək 3000-dən çox məhkuma elektron qolbaq tətbiq edilib
İndiyədək 3000-dən çox məhkuma elektron qolbaq tətbiq edilib10-03-2020, 19:20 |
|
Cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb. Rubrika.Az-ın, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib. Qeyd olunub ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilib, elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək, 3000-dən çox məhkuma elektron qolbaqlar tətbiq edilib. Dövlət başçısının humanistliyinin növbəti təzahürü olaraq 03.04.2019-cu il tarixli Fərmanla cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb, bununla əlaqədar qanunvericiliyə bütövlükdə 400-ə yaxın dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri hazırlanıb. Rubrika.Az Geri qayıt |