Əsas Səhifə > Səhiyyə > Çində koronavirusa yoluxanların sayı artdı

Çində koronavirusa yoluxanların sayı artdı


11-03-2020, 10:47
Çində koronavirusa yoluxanların sayı artdı

Son gün ərzində Çində 22 nəfər koronavirusun qurbanı olub, virusa daha 24 nəfər yoluxub.

Rubrika.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Komitənin məlumatına görə, son gün ərzində ölkədə 1 578 xəstə sağalıb.

Ölkədə virusa yoluxanların sayı 80,7 min nəfərə çatıb. Qeyd edilir ki, onlardan 61,4 min nəfəri sağalıb, 3 158 nəfər ölüb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb.

Rubrika.Az
Geri qayıt