Əsas Səhifə > Səhiyyə > İran koronavirusun dərmanını tapdı – Xarici bazara da çıxarılacaq

İran koronavirusun dərmanını tapdı – Xarici bazara da çıxarılacaq


11-03-2020, 16:15
İran koronavirusun dərmanını tapdı – Xarici bazara da çıxarılacaq

Iran Səhiyyə Nazirliyi koronavirus epidemiyasının dərmanını tapdığını açıqlayıb.

Rubrika.Az Yenisabah.az-a istinadıən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpir məlumat yayıb. O bildirib ki, hazırladıqları dərman koronavirusun müalicəsi üçün istifadə edilib və nəticələr müsbət olub:

“Dərmanın hazırlanmasında tamamən yeni texnologiyalardan istifadə edilib. Əgər, o daha çox xəstəni sağaldarsa, dərmanın ixracına başlayacağıq. Hazırda sözügedən dərmanlar yalnız koronavirusa yoluxan şəxslərin olduğu xəstəxanalarda istifadə edilir. İrəliləyiş olsa, yerli bazara və xarici bazara çıxarmağı planlaşdırırıq”.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 350-ni ötüb.

Rubrika.Az
Geri qayıt