Əsas Səhifə > Təhsil > Rezidentlərin attestasiya imtahanı təxirə salındı
Rezidentlərin attestasiya imtahanı təxirə salındı11-03-2020, 17:08 |
|
Həkim-rezidentlərin dövri attestasiya imtahanı təxirə salınıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin aparılması ilə əlaqədər analıq məzuniyyətindən qayıdan, dövri attestasiyaya gəlməyən və qeyri-kafi qiymət alan həkim-rezidentlər üçün martın 18-nə planlaşdırılan dövri attestasiya imtahanı təxirə salınır. Dövri attestasiya imtahanının yeni tarixi barədə əlavə məlumat veriləcək. Rubrika.Az Geri qayıt |