Əsas Səhifə > Cəmiyyət > FHN rəhbərliyinin bölgələrdə vətəndaşların qəbulu vaxtı dəyişib

FHN rəhbərliyinin bölgələrdə vətəndaşların qəbulu vaxtı dəyişib


11-03-2020, 18:13
FHN rəhbərliyinin bölgələrdə vətəndaşların qəbulu vaxtı dəyişib


Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Bərdə şəhərində, nazir müavinləri Ragim Lətifov tərəfindən Tərtər şəhərində, Orucəli Hacıyev tərəfindən Ağcabədi şəhərində 13 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Rubrika.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, qəbulun vaxtı 31 mart 2020-ci il tarixinə təyin edilib.


Rubrika.Az
Geri qayıt