Əsas Səhifə > Aktual > Şahin Mustafayev Komissiya sədri təyin edilib
Şahin Mustafayev Komissiya sədri təyin edilib11-03-2020, 18:28 |
|
Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiyanın sədri dəyişib. Rubrika.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb. Sərəncama əsasən, Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın sədri təyin edilib. Rubrika.Az Geri qayıt |