Əsas Səhifə > Təhsil > FHN Akademiyası kursant qəbulu elan edib
FHN Akademiyası kursant qəbulu elan edib11-03-2020, 19:59 |
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2020-2021-ci tədris ili üçün təhsilinin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir. FHN-dən Rubrika.Az-a verilən məlumata görə, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır. Akademiyaya qəbul boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2020-ci ilədək tamam olan və yaxud müddətli həqiqi hərbi xidmətini başa vurmuş 23 yaşı 15 sentyabr 2020-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları arasından seçilirlər. Qəbul imtahanı Dövlət İmtahanı Mərkəzi tərəfindən keçirilir. Sənədlər sənəd qəbulu komissiyası tərəfindən aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından ala bilərsiniz. Rubrika.Az Geri qayıt |