Əsas Səhifə > Cəmiyyət > “Avromed”in rəhbəri vəzifəsindən azad olundu
“Avromed”in rəhbəri vəzifəsindən azad olundu12-03-2020, 17:19 |
|
“Avromed Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Əzizə Baxşiyeva işdən çıxarılıb. Rubrika.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. “Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın “Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil”, - deyə şirkət bəyan edib. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Əzizə Baxşiyevanın həyat yoldaşı Riad Məmmədov saxlanılmışdı. O və saxlanılan digər şəxslər tibbi maskaların real dəyərindən dəfələrlə artıq qiymətə satışını həyata keçirməyə cəhd edib. Deputat Cavanşir Feyziyevə məxsus olan “Avromed Company” QSC dərman biznesi ilə məşğuldur.//Yenisabah.az Rubrika.az Geri qayıt |