Əsas Səhifə > Aktual > Koronavirusla bağlı Azərbaycandakı vəziyyətə dair mətbuat konfransı keçiriləcək
Koronavirusla bağlı Azərbaycandakı vəziyyətə dair mətbuat konfransı keçiriləcək12-03-2020, 17:33 |
![]() Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi koronavirus pandemiyası (COVID-19) ilə bağlı mətbuat konfransı keçirəcək. Rubrika.Az Musavat.com-a istinadən bildirir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair məlumat verməkdir. Mətbuat konfransı sabah saat 17.00-da başlayacaq. Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 129 158-ə çatıb. Bunların 68 654 nəfəri sağalıb, 4 749 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |