Əsas Səhifə > Dünya > Bu ölkədə bir aylıq fövqəladə vəziyyət elan edildi
Bu ölkədə bir aylıq fövqəladə vəziyyət elan edildi12-03-2020, 18:36 |
|
Çexiyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib. TASS-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Andrey Babiş deyib. O, Çexiyada fövqəladə vəziyyətin 30 gün davam edəcəyini bildirib. Eyni zamanda, respublika ərazisinə virusun geniş yayıldığı 13 ölkədən - Çin, Koreya, İran, İtaliya, İspaniya, Avstriya, Almaniya, İsveçrə, Norveç, İsveç, Niderland, Belçika və Böyük Britaniyadan turistlərin gəlişinə qadağa qoyulub. Hazırda Çexiya ərazisində 96 nəfərdə koronavirus aşkar edilib. Rubrika.Az Geri qayıt |