Əsas Səhifə > Bölgə > Bu il Zaqatalada 700 hektar sahədə tütün əkini proqnozlaşdırılır

Bu il Zaqatalada 700 hektar sahədə tütün əkini proqnozlaşdırılır


12-03-2020, 18:53
Bu il Zaqatalada 700 hektar sahədə tütün əkini proqnozlaşdırılır


Cari ildə Zaqatalada tütün əkini sahələrinin keçən ilə nisbətən 74,8 hektar artırılaraq, 700 hektara çatdırılması nəzərdə tutulur. Əkin sahələrinin 400 hektarına “Virciniya botaniki”, 15 hektarına “Berley”, 285 hektarına isə digər növ tütün sortları əkiləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda tütün şitillərinin yetişdirildiyi istixanalara aqrotexniki qulluq işləri davam etdirilir. Tütün şitilləri aprelin ortalarında sahələrə köçürüləcək.

Qeyd edək ki, son illər Zaqatala rayonunda kənd təsərrüfatının digər ənənəvi sahələri ilə yanaşı, tütünçülüyün inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Ötənilki mövsümdə zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirib, 607 ton quru tütün istehsal ediblər.


Rubrika.Az
Geri qayıt