Əsas Səhifə > Səhiyyə > Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü

Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü


13-03-2020, 09:19
[thumb]http://rublika.az/uploads/posts/2020-03/1584076695_186149_m77nkig5az.jpg[/thumb

Qaxda 23 yaşlı qız əməliyyatda ölüb.

Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Qax rayon Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovanın burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında lor-həkim Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib.

Qızın vəziyyəti cərrahiyyə masasında qəflətən halı pisləşib və o, vəfat edib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

Rubrika.az
Geri qayıt