Əsas Səhifə > Dünya > Norveç kralı karantinə yerləşdirilib

Norveç kralı karantinə yerləşdirilib


13-03-2020, 09:49
Norveç kralı karantinə yerləşdirilib


Norveç Kralı V Harald və kraliça Sonya koronavirus pandemiyası ilə bağlı karantinə yerləşdirilib.

Bu barədə Norveçin “TV 2” telekanalı xəbər verir.

Qərar kral ailəsinin səfərləri ilə bağlı qəbul edilib: bu yaxınlarda cütlük İordaniyadan qayıdıb.

Qeyd etmək lazımdır ki, bundan əlavə ölkənin bir sıra məmuru, o cümlədən, XİN rəhbəri İne Eriksen Sereyde də karantinə yerləşdirilib.

Rubrika.az
Geri qayıt