Əsas Səhifə > Səhiyyə > ÜST: İndiyədək 134768 nəfər koronavirusa yoluxub, 70387 nəfər sağalıb, 4083 nəfər ölüb

ÜST: İndiyədək 134768 nəfər koronavirusa yoluxub, 70387 nəfər sağalıb, 4083 nəfər ölüb


13-03-2020, 10:52
ÜST: İndiyədək 134768 nəfər koronavirusa yoluxub, 70387 nəfər sağalıb, 4083 nəfər ölüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı yayıb.

Rubrika.az APA-ya istinadla xəbəbr verir ki, martın 13-ə olan məlumata əsasən, 127 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 134 768, yeni yoluxanların sayı 102 nəfərdir.

Bildirilib ki, indiyədək xəstəlikdən ölənlərin sayı 4083 nəfərdir. Onlardan 8-i yeni ölüm faktıdır. Koronavirusa yoluxanlardan 70 387 nəfər sağalıb ki, onlardan 1300 nəfəri yeni sağalanlardır.

Rubrika.az
Geri qayıt