Əsas Səhifə > Siyasət > Milli Məclis Konstitusiya Qanununu qəbul etdi
Milli Məclis Konstitusiya Qanununu qəbul etdi13-03-2020, 13:12 |
![]() Milli Məclisin plenar iclası öz işini davam etdirir. Spiker Sahibə Qafarova gündəlikdəki ilk məsələ, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə layihəni təqdim etdi. Sədr dedi ki, Azərbaycan Respublikasının Konstitusiya Qanunu olan layihə ikinci oxunuşda təqdim edilir. Bundan sonra layihə barədə Birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Ə.Hüseynli fürsətdən istifadə edərək ona böyük etimad göstərilməsi ilə əlaqədar olara Prezidentə və parlament sədrinə təşəkkürünü bildirdi. “Bütövlükdə xalqımızı dövlətimizi əmin etmək istıyirəm ki, bundan sonrakı fəaliyyətimizdə Ulu Öndərin siyasətinə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəyik”, - deyə Ə. Hüseynli qeyd etdi. Ardınca ona göstərilən etimada görə seçicilərinə də minnətdarlıq etdi. Səsvermədən sonra Konstitusiya qanunu qəbul edildi. RUBRIKA.AZ Geri qayıt |