Əsas Səhifə > Səhiyyə > Koronavirusdan ölənlərin sayı 5 000-i ötdü

Koronavirusdan ölənlərin sayı 5 000-i ötdü


13-03-2020, 15:52
Koronavirusdan ölənlərin sayı 5 000-i ötdü

Dünyada koronavirus pandemiyasından ölənlərin sayı 5 080 nəfərə çatıb.

Rubrika.Az “Report”a istinadla xəbər verir ki, infeksiya indiyədək 129 ölkədə qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 137 674-ə çatıb. Bunların 70 437 nəfəri sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Rubrika.Az
Geri qayıt