Əsas Səhifə > İstisadiyyat > Dəmir yolunun Pirşağı-Sumqayıt hissəsi istifadəyə veriləcək
Dəmir yolunun Pirşağı-Sumqayıt hissəsi istifadəyə veriləcək13-03-2020, 17:30 |
|
Novruz bayramına qədər Bakı Dairəvi dəmir yolu tam istifadəyə verilə bilər. Rubrika.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Zaman Novruzov deyib. Z.Novruzovun sözlərinə görə, bu marşrut üzrə hərəkətdə olan qatarın son dayanacağı Pirşağı stansiyası olacaq: “Bu gün Bakı Dairəvi dəmir yolunda hərəkət edən sərnişin qatarı Pirşağıya qədər hərəkət edir. Nəzərdə tutulur ki, qarşıdan gələn Novruz bayramına qədər Fatmayi-Goradil, Novxanı dayanacaqları da istifadəyə veriləcək. Adıçəkilən dayanacaqlar istifadəyə verildikdən sonra Bakı Dairəvi dəmir yolu tam olaraq fəaliyyətə başlamış olacaq”. Xatırladaq ki, Bakı Dairəvi dəmir yolu xəttinin ümümi uzunluğu 91 km-dir.//Oxu.Az Rubrika.Az Geri qayıt |