Əsas Səhifə > Siyasət > İlham Əliyev Əbülfəs Qarayevə yeni vəzifə verdi
İlham Əliyev Əbülfəs Qarayevə yeni vəzifə verdi13-03-2020, 17:53 |
|
Prezident İlham Əliyev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Rubrika.Az-ın "Yeni Sabah"-a istinadə məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) İcraiyyə Şurasının 2020-ci il 29-30 yanvar tarixində Əbu-Dabi şəhərində keçirilmiş 40-cı sessiyasında təşkilatın adının dəyişdirilərək İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) olması ilə əlaqədar qərara alıram: 1. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: Komissiyanın sədri Azərbaycan Respublikasının Mədəniyyət naziri Komissiyanın üzvləri Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Azərbaycan Respublikası Təhsil nazirinin müavini Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sədrinin müavini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru ICESCO İcraiyyə Şurasının üzvü, Milli Komissiyanın Baş katibi. 2. “İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 1685 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 94) 1-ci hissəsi ləğv edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin." Rubrika.Az Geri qayıt |