Əsas Səhifə > Bölgə > Ötən il Yardımlıda 88 milyon 248 min manatdan çox məhsul istehsal olunub
Ötən il Yardımlıda 88 milyon 248 min manatdan çox məhsul istehsal olunub13-03-2020, 17:58 |
|
Ötən il Yardımlı rayonunda iqtisadiyyatın müxtəlif sahələri üzrə 88 milyon 248 min manatdan çox məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib. O bildirib ki, rayonda əhalinin hər bir nəfərinə düşən ümumi məhsulun həcmi 1306,9 manata bərabər olub. Ümumi məhsulun 1,4 faizi sənaye, 50,7 faizi kənd təsərrüfatı, 17,5 faizi tikinti, 1,8 faizi nəqliyyat, 0,4 faizi informasiya və rabitə, 28,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin payına düşüb. Yardımlı rayonunda ümumi məhsul buraxılışının xüsusi çəkisi iqtisadiyyatın dövlət bölməsində 17,5 faiz, qeyri-dövlət bölməsində isə 82,5 faiz təşkil edib. Rubrika.Az Geri qayıt |