Əsas Səhifə > Cəmiyyət > Koronavirus təhlükəsinə görə xəstəxanalarda xəstələri ziyarət etmək qadağan olunub
Koronavirus təhlükəsinə görə xəstəxanalarda xəstələri ziyarət etmək qadağan olunub13-03-2020, 20:40 |
|
Bu gecə 00:00-dan etibarən bir ay müddətində tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir. Bu barədə Rubrika.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Eyni zamanda dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər: “Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla, ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir”. Rubrika.Az Geri qayıt |