Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda restoran və kafelərdə iş rejiminə dair məhdudiyyət müəyyənləşdirilib
Azərbaycanda restoran və kafelərdə iş rejiminə dair məhdudiyyət müəyyənləşdirilib13-03-2020, 20:48 |
|
Azərbaycanda restoran və kafelərdə iş rejiminə dair məhdudiyyət müəyyənləşdirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rubrika.Az-a verilən məlumata görə, bu gecə saat 00:00-dan etibarən bir ay müddətində Azərbaycana restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. Eyni zamanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir. Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılmalıdır. Rubrika.Az Geri qayıt |