Əsas Səhifə > Cəmiyyət > Koronavirus aşkarlanmış daha üç Azərbaycan vətəndaşı müalicə olunaraq sağalıb

Koronavirus aşkarlanmış daha üç Azərbaycan vətəndaşı müalicə olunaraq sağalıb


14-03-2020, 12:24
Koronavirus aşkarlanmış daha üç Azərbaycan vətəndaşı müalicə olunaraq sağalıb


Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan Rubrika.Az-a bildirilib ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.


Rubrika.Az
Geri qayıt