Əsas Səhifə > Hadisə > İtkin düşən 9 nəfər tapılıb
İtkin düşən 9 nəfər tapılıb14-03-2020, 12:35 |
|
Bakının polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də 31 cinayətin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Rubrika.Az-a verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 11 faktın açılması tədbirlərlə təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 27 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 9 nəfər tapılaraq ailəsinə təhvil verilib. Rubrika.Az Geri qayıt |