Əsas Səhifə > Cəmiyyət > Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq
Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq16-03-2020, 19:38 |
|
Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq. AZƏRTAC Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur: - vətəndaşların Ali Məhkəməyə ünvanladığı yazılı müraciətləri poçt və ya [email protected] e-poçt vasitəsilə göndərmələri, habelə www.supremecourt.gov.az saytından onlayn müraciət etmələri; - vəkillərin kassasiya, əlavə kassasiya şikayətləri və digər prosessual müraciətləri poçt vasitəsilə göndərmələri; - yazılı müraciətlərin məktublar qutusuna atılması; Qeyd. Vətəndaşlar müraciətlərinin operativ araşdırılması, yaranan sualların cavablandırılması və qəbulla əlaqədar vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin işçiləri ilə əlaqə saxlaya bilərlər. Telefon: 4890707 (daxili nömrələr: 18115, 18102, 18112, 18104). Rubrika.Az Geri qayıt |