Əsas Səhifə > Cəmiyyət > Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxıldı

Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxıldı


16-03-2020, 20:52
Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxıldı


Gürcüstanda koronavirusdan tam sağalan 55 yaşlı azərbaycanlı evə buraxılıb.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib.

Pasiyent son günlər bir neçə dəfə koronavirus testindən keçib və nəticələr mənfi olub.

O, bir həftə ərzində təcriddə qalacaq.

Qeyd edək ki, Gürcüstanın azərbaycanlı vətəndaşına koronavirus diaqnozu fevralın 26-da qoyulmuşdu.


Rubrika.Az
Geri qayıt