Əsas Səhifə > Təhsil > Teledərslər müvəqqəti dayandırılır
Teledərslər müvəqqəti dayandırılır18-03-2020, 16:18 |
|
Novruz bayramı ilə əlaqədar “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı martın 20-dən 24-nə kimi müvəqqəti dayandırılır. Rubrika.Az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, martın 24-də həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq. Qeyd edək ki, martın 11-dən başlanılaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi Youtube (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, Facebook səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından ( https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər. Rubrika.Az Geri qayıt |