Əsas Səhifə > Dünya > İranda ilaxır çərşənbədə tonqal 1104 nəfəri yandırdı
İranda ilaxır çərşənbədə tonqal 1104 nəfəri yandırdı18-03-2020, 17:50 |
|
İranda ilaxır çərşənbə şənliklərində tonqaldan tullanarkən 3 nəfər ölüb, 1101 nəfər yaralanıb. “Mehr” xəbər agentliyinin məlumatına görə, İranın Təcili Tibbi Yardım İdarəsinin mətbuat katibi Muctaba Xaledi bu barədə açıqlama verib. O bildirib ki, yaralılardan 166-sı bədən üzvlərini, 416-sı isə görmə qabiliyyətini itirə bilər. Ötənilki şənliklərdə 4 nəfər ölmüş, 1962 nəfər yaralanmışdı. Rubrika.Az Geri qayıt |