Əsas Səhifə > Aktual > Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin daşınması 2 dəfədən çox artıracaq
Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin daşınması 2 dəfədən çox artıracaq18-03-2020, 19:51 |
|
“Epidemiya xarakterli xəstəliklərə qarşı operativ addımların atılması vacibdir”. Rubrika.Az Apa-ya istinad edərək xəbər verir ki, bunu bu gün koronavirusla mübarizə ilə əlaqədar keçirilən xüsusi toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Yeni koronavirusa (Covid-2019) yoluxanların sayının 200 min, həyatını itirənlərin sayının 8 min nəfərə çatdığını söyləyən R. T. Ərdoğan Türkiyədə indiyə qədər koronavirusla bağlı mübarizə istiqamətində görülən işlərdən danışıb: “Ötən dövr ərzində Orta Asiya ilə yük maşınları vasitəsi ilə ticarət dövriyyəsinin İran deyil, Azərbaycan və Gürcüstan üzərindən həyata keçirilməsinə başladıq. Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən də yüklərin daşınmasının 2500 tondan 6 min tona qədər çatdırmaq istiqamətində fəaliyyətə başlamışıq”. Rubrika.Az Geri qayıt |