Əsas Səhifə > Təhsil > Birinci sinfə qeydiyyat dayandırılır - BU GÜNDƏN
Birinci sinfə qeydiyyat dayandırılır - BU GÜNDƏN19-03-2020, 10:46 |
![]() Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək. Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib. RUBRİKA.AZ Geri qayıt |