Əsas Səhifə > Hadisə > COVID-19 Rusiyada da can aldı - İLK ÖLÜM

COVID-19 Rusiyada da can aldı - İLK ÖLÜM


19-03-2020, 12:37
COVID-19 Rusiyada da can aldı - İLK ÖLÜM

Rusiyada koronavirusa yoluxmuş şəxsin ölüm faktı qeydə alınıb.

Rusiya mediasının yazdığına görə, Moskvada xəstəxanaların birində 79 yaşlı qadın həyatını itirib.

Onun COVID-19-la yanaşı digər xəstəliklərdən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, bu günə qədər ölkədə 147 yoluxma faktı qeydə alınıb.

Rubrika.Az
Geri qayıt