Əsas Səhifə > Cəmiyyət > Yaz fəsli Azərbaycana sabah daxil olacaq
Yaz fəsli Azərbaycana sabah daxil olacaq19-03-2020, 13:57 |
|
Bu il Azərbaycana yaz fəsli martın 20-də daxil olacaq. Rubrika.Az xəbər verir ki, yaz fəslinin ölkəmizə qədəm qoyması sabah yerli vaxtla saat 07:49-a təsadüf edəcək. Bununla da gecə ilə gündüz bərabərləşəcək. Qeyd edək ki, iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək. Rubrika.Az Geri qayıt |