Əsas Səhifə > Bölgə > Səfirə qarşı çirkin kampaniyanı Hikmət Cavadov təşkil edib? — Tanınmış fəaldan Fuad Muradova ŞOK MÜRACİƏT (VİDEO)

Səfirə qarşı çirkin kampaniyanı Hikmət Cavadov təşkil edib? — Tanınmış fəaldan Fuad Muradova ŞOK MÜRACİƏT (VİDEO)


19-03-2020, 16:53
Səfirə qarşı çirkin kampaniyanı Hikmət Cavadov təşkil edib? — Tanınmış fəaldan Fuad Muradova ŞOK MÜRACİƏT (VİDEO)

"Pis və ya yaxşı,sənin ölkənin səfiri olub. Cənab Prezidentin Sərəncamı ilə səfir postundan geri çağırılıb. Amma yenə bu ölkənin diplomatıdır. Milli mənliyiniz necə yol verə bilər ki, bir diplomatı, bir azərbaycanlını bu cür başqa bir ölkədə təhqir edəsən? Bu sözlərim Ukraynada diaspor rəhbəri olan Hikmət Cavadovadır".

Rubrika.Az demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri tanınmış ictimai-siyasi fəal Samir Adıgözəlli özünün feysbuk səhifəsində qeyd edib.

Daha sonra Samir Adıgözəlli qeyd edir:

"Erməni diasporuna qarşı mübarizəni bu yollamı aparırsınız? Biabırçı yeyib-içmək məclisi düzənləyib, badə qaldırıb, salyut göyə ataraq bütün Azərbaycanı dünyada təhqir etdiniz. Sizin bu dırnağarası xidmətinizdən erməni diasporu, erməni xəbər saytları eninə-boyuna istifadə etdilər.

İndi gəlirəm bu quruma dəstək göstərən Diasporla iş üzrə Dövlət Komitəsinə. Hörmətli Fuad Muradov. Həqiqət acı olar. Son günlər yazdığlarım bilirəm ki, heç xoşunuza gəlməyib. Amma çox maraqlıdır. Hikmət Cavadovun hansı əməli xoşunuza gəlib ki, ona maliyyə dəstəyi göstərirsiniz? Niyə bu ölkənin diplomatına qarşı təşkil olunmuş təhqiramiz məclisə münasibət bildirmirsiniz? Heydər Əliyev ideallarına xəyanət edənlərə, milli dövlətçiliyimizə qarşı çıxanlara niyə xarici ölkələrdə meydan tanıyırsınız? Azərbaycan diasporuna bütün bunlarla yenilik gətirdiniz?

Son bir ildə təşkil olunmuş və heç bir fəaliyyəti görsənməyən Ukrayna Azərbaycanlıları Radası adlı quruma dövlət büdcəsindən ayrılan vəsaitlərin hesabatını kim verəcək? Bu gün Ukraynada bir milli rəqs qrupu maliyyəsizlikdən dağılıb. Amma təəssüflər olsun ki, ölkəmizin diplomatını təhqir etməyə vəsait tapılır. Bütün bu suallarla bir daha cənab Fuad Muradova müraciət edirəm. Mənə və ictimaiyyətə trollar və təzyiq vasitələri ilə cavab verməyin. Bütün bu məsələlərə özünüz aydınlıq gətirin. Mən keçmiş səfir Azər Xuduyevin heç acı çayını da içməmişəm. Azərbaycan adına var olan hər bir dəyər, atribut, insan faktoru hər birimiz üçün önəm daşımalıdır".

Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin geri çağrılmasından dərhal sonra Kiyevdəki kafelərdən birində diaspor nümayəndələrindən ibarət bir qrup şəxs ziyafət yığıncağı təşkil edib. Yığıncaq zamanı Azərbaycan dövlətinin səlahiyyətli nümayəndəsinin şərəf və ləyaqətini alçaldan, yaramaz və etikadan kənar hərəkətlərə yol verilib. Xoşagəlməz görüntülər sosial şəbəkələrdə yayılandan az sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi bəyanat yayaraq, diplomat Azər Xudiyevə qarşı törədilən bu cür çirkin hərəkləri qətiyyətlə pisləyib, eyni zamanda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin mərkəzi və regional təşkilatlarının sədrləri və çox saylı üzvləri tərəfindən də qınanılıb.



Rubrika.Az
Geri qayıt