Əsas Səhifə > Hadisə > Azərbaycan daha 49 vətəndaşını təxliyə etdi

Azərbaycan daha 49 vətəndaşını təxliyə etdi


19-03-2020, 17:03
Azərbaycan daha 49 vətəndaşını təxliyə etdi


Avropa və Türkiyədən gələn daha 49 Azərbaycan vətəndaşının Gürcüstan vasitəsilə vətənə təxliyəsi təşkil olunub.

Rubrika.Az xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Hazırda Azərbaycan vətəndaşları avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır. Onlar Azərbaycan ərazisinə keçəndən sonra Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriləcək.

Qeyd edək ki, bundan öncə 170 Azərbaycan vətəndaşının Gürcüstandan keçməklə Azərbaycana təxliyəsi təmin olunub.


Rubrika.Az
Geri qayıt